Türkiyə şirkəti Pakistana daha bir sualtı qayıq verdi
Bizi izləyin

Region

Türkiyə şirkəti Pakistana daha bir sualtı qayıq verdi

Türkiyə Pakistanın sualtı qayıqlarını modernləşdirir.

Publika.az xəbər verir ki, Türkiyənin ilk və yeganə sualtı modernizasiya ixracına imza atan nəhəng STM şirkəti artıq ikinci sualtı qayığı da modernləşdirərək Pakistana təhvil verib.

Yerli məhsullarını dünyaya ixrac edən Türkiyə yüksək texnologiya qabiliyyəti ilə də diqqət çəkir. Bu çərçivədə STM Pakistana məxsus 3 sualtı qayığın modernləşdirilməsi tenderini qazanaraq Türkiyənin ilk və yeganə sualtı modernizasiya ixracına imza atıb.

Qeyd edək ki, uzun müddətdir sualtı qayıqlar üzərində işləyən STM hissələrin yerli istehsalı, modernizasiya və sualtı tikinti layihələrini həyata keçirir. Şirkət yalnız pilotlu qayıqların deyil, eyni zamanda, pilotsuz sualtı qayıqların modernizasiyası ilə də məşğul olur.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm