Region
Tehranda Azərbaycan səfirliyinə hücumu bir daha qınayıram - Çavuşoğlu

Dünən Tehranda Azərbaycan səfirliyinə edilən hücumu bir daha qınayıram.
Publika.az xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşü zamanı deyib.
"Bir şəhidimiz var. Azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

-
İdman09:36
"Qarabağ"ın bu legioneri milliləşdirilir - Razılıq verdi
-
MDB09:00
General Rüstəm Muradov vəzifəsindən azad edildi
-
Nəqliyyat08:24
Bakının bir sıra yollarında tıxac yarandı - SİYAHI
-
Region08:13
Türkiyə səmasında nadir hadisə: Ay Venera ilə bir araya gəldi - VİDEO
-
Ekologiya07:17
Novruz tətilindən sonrakı ilk iş günü hava necə olacaq?
-
İdman01:41
“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər
-
Qoroskop00:20
Günün ULDUZ FALI: tez-tez səhvlərə yol verirsiniz
-
İdman00:00
Okan Buruk: ""Qarabağ" avrokubok matçına çıxmış kimi oynadı"