Türkiyə TŞ Ukrayna münaqişəsi ilə bağlı BƏYANAT YAYDI
Bizi izləyin

Region

Türkiyə TŞ Ukrayna münaqişəsi ilə bağlı BƏYANAT YAYDI

Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Publika.az xəbər verir ki, orada Ukrayna münaqişəsi ətrafında vəziyyət müzakirə olunub. .

İclasın sonunda Türkiyə Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, qarşıdurmanın həlli üçün səyləri gücləndirməyə çağırıb.

“Ukraynadakı münaqişə ilə bağlı hadisələr və son diplomatik səylər müzakirə edilib. Bildirilib ki, onun regiona yayılmasının qarşısını almaq, ədalətli və davamlı sülhün bərqərar olması üçün çoxtərəfli səyləri gücləndirmək lazımdır”, - deyə bəyanatda vurğulanıb.

Türkiyə 2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyatına başladıqdan sonra Ukraynadakı münaqişənin diplomatik yolla həllini müdafiə edir. Ankara böhranın həlli üçün tərəflər arasında vasitəçi olmağa hazır olduğunu dəfələrlə bəyan edib. Xüsusilə, Türkiyə tərəfi 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında sülh danışıqları üçün İstanbul platformasını təqdim etdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm