Region
İstanbulda TERROR TƏHLÜKƏSİ: 15 İŞİD tərəfdarı saxlanıldı

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda İŞİD-in15 tərəfdarını Qərb konsulluqlarına və dini obyektlərə qarşı terror aktları hazırlamaqda şübhəli bilərək saxlayıb.
Publika.az xəbər verir ki, nu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, şübhəlilər İsveç və Niderland konsulluqlarına, habelə İstanbulda xristian və yəhudilərin ibadət yerlərinə hücum etmək barədə göstərişlər alıblar.
İstintaq zamanı saxlanılanların belə bir niyyətinin olmadığı müəyyən edilib. Lakin onların İŞİD-lə əlaqəsi təsdiqlənib.
Onların işi məhkəməyə aparılıb, dinləmələrdən sonra şübhəlilər tutularaq həbsxanaya göndərilib.
Yanvarın sonunda Böyük Britaniya, Almaniya və Niderlandın İstanbuldakı diplomatik nümayəndəlikləri bağlanıb və ziyarətçi qəbulunu dayandırıb. Qərar Avropada Quranın yandırılması ilə bağlı insidentlər fonunda İstanbulun mərkəzində terror aktları ola biləcəyi ilə bağlı amerikalıları xəbərdar etməsindən sonra verilib.
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu buna cavab olaraq bildirib ki, Qərb Türkiyəyə qarşı psixoloji müharibə aparır. Onun fikrincə, terror təşkilatlarını maliyyələşdirən Vaşinqtondur. O , Amerikanın Ankaradakı səfirini ölkədən "çirkli əllərini çəkməyə" çağırıb.
Hüseyn İbadlı

-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."
-
İdman25 Mart 20:58
BOS-dan "Qarabağ” azarkeşlərinə BİLDİRİŞ