Region
Ərdoğan zəlzələ bölgəsinə getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Qəhrəmanmaraş vilayətinə gedib.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu"məlumat verib.
Ərdoğan zəlzələlərdən sonra görülən işlər barədə ilk olaraq Kahramanmaraş hava limanında daxili işlər naziri Süleyman Soylu və digər rəsmilərdən məlumat alıb.
Türkiyə lideri AFAD tərəfindən “Onikişubat Stadionu”nda qurulan çadır şəhərciyində və bölgədə yoxlamalar aparacaq.
Ərdoğan ilə AK Partiya sədr müavinləri Binəli Yıldırım və Numan Kurtulmuş, Prezident Aparatının Kommunikasiyalar üzrə Müdiri Fahrettin Altun və prezidentin sözçüsü İbrahim Kalın da bölgəyə gedib.
xxx
12:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş yerlərdə araşdırmalarda iştirak etmək üçün bölgəyə gedir.
Publika.az “ahaber”ə istinadla xəbər verir ki, AK Partiya Adıyaman millət vəkili Yakup Taşın qardaşı Ahmet Taşla danış Türkiyə lideri bölgəyə səfər edəcəyini açıqlayıb.
“Allah səbr versin. Rəbbim Yakup qardaşımızı şəhidlər sırasına daxil edər inşallah. Təbii ki, xanımı da eyni şəkildə şəhadət şərbətini içdi. Mən bütün Taş ailəsinə ürəkdən salamlarımı və sevgilərimi göndərirəm. Mən də zəlzələ baş verən bölgəyə səfər edəcəyəm, Adıyamana da gedəcəyəm inşallah. Rəbbim yar və yardımçımız olsun”, - Taş ailəsinə başsağlığı verən Ərdoğan qeyd edib.
Türkiyə Prezidentinin zəlzələnin episentri olan Kahramanmaraşa, oradan da Pazarcık rayonuna keçəcəyi gözlənilir.
Akqabay
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO