Region
Türk alim ilk dəfə açıqladı: İstanbulda zəlzələ gözlənilir, zərər daha çox olacaq
“Bütün elmi araşdırmalar göstərir ki, İstanbulda zəlzələ vaxtı yaxınlaşır. İstanbulda zərər daha çox olacaq. Burada vəziyyət heç də yaxşı deyil. Necə ki, üç gün əvvəl “Maraş üçün narahatıq” yazmışdım, İstanbuldan da narahatam”.
Publika.az xəbər verir ki, bunu Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür deyib.
“Ölkədə ən çox zəlzələ yaradan iki qırılma xətti var. Biri Şimali Anadolu, digəri isə Şərqi Anadolu kənarıdır. Hər iki qırılma xətti onların enerjisinin çoxunu boşaldıb. Bu o deməkdir ki, yaxın bir neçə yüz ildə Türkiyədə ən azı bu iki qırılma zonası boyunca böyük zəlzələlər olmayacaq. Bu, bizim üçün ölkəni zəlzələyə hazırlamaq şansıdır. Böyük-kiçik, başqa yerlərdə zəlzələlər ola bilər, burada da kiçik zəlzələlər olur, amma Türkiyənin ən ağır qırılma zonaları enerjini boşaldıb. Bu, fürsətdir, bunu ilk dəfə deyirəm ki, bütün Türkiyə bunu eşitsin”, - alim bildirib.

N.Görür Mərmərə zəlzələsi həyəcanının 1999-cu il zəlzələsindən sonrakı 30 illik müddətdə verildiyini vurğulayıb:
“Deyirdilər ki, 30 ilə zəlzələ gözlənilir, indi 23 il keçib, demək istəyirəm ki, çox uzun yol keçib. Halbuki Maraş zəlzələsi gözlədiyimiz Mərmərə zəlzələsindən də böyükdür. İstanbulda maksimum 7,5 bal gözləyirik. İstanbulda daha kiçik zəlzələlər gözləsək də, burada zərər Maraşdan daha çox olacaq. Digər tərəfdən, təəssüflə Maraşda zərərin kifayət qədər böyük olacağını proqnozlaşdırıram, inşallah yanılıram”.
Naci Görür “hər an ola bilər” sözləri ilə 2029-cu ilə işarə edib: “20 ildir deyirik, İstanbulu zəlzələyə hazırlayın. Dedik ki, iki yerə diqqət yetirin. Mərmərə və Düzcə, iki yer də təhdid halına gəldi. Biz milləti qorxutmaq üçün deyil, ehtiyatlı olmaq üçün çağırış etmişik”.
Professor təklif edib ki, Türkiyədə Fəlakət Nazirliyi yaradılmalıdır:
“Fəlakət Nazirliyi yaradılandan sonra onun yaxşı büdcəsi olacaq, lazımi infrastruktur, koordinasiya aparılacaq. 5 illik planlarla zəlzələ bölgələrindən başlayacaq və bu ərazilərdəki hər bir şəhər zəlzələyə davamlı şəhərlərə çevriləcək. Əvvəlcə mikrobölgə araşdırması, risk təhlili aparılacaq və daha sonra zərərin azaldılması üzrə işlər aparılacaq”.
Akqabay
-
İdman20:12Hakimin nübahisəli qərarı kütləvi davaya səbəb oldu - VİDEO
-
Sosial20:00Saytların çökməsinə səbəb olan texniki nasazlıq aradan qaldırıldı - YENİLƏNDİ
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...



































