Bu, axmaqlıqdır: "Rusiya ilə birbaşa münaqişə..." - Sergey Markov
Bizi izləyin

Region

Bu, axmaqlıqdır: "Rusiya ilə birbaşa münaqişə..." - Sergey Markov

"Səfirin Ukraynanın uduzacağı təqdirdə Polşanın Rusiya ilə münaqişəyə girmək məcburiyyətində qalacağı barədə bəyanatı axmaqlıq və daimi isteriyanın sübutudur".

Publika.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Polşanın Fransadakı səfirinin bəyanatı Varşavanın Rusiya ilə birbaşa münaqişə planlarına sübut deyil. Bu, artıq rusofobiya zəminində ağlını itirmiş səfirin axmaqlığının sübutudur. Bu, Polşanın daimi isteriyasının sübutudur", - Markov bildirib.

Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski daha əvvəl deyib ki, Ukrayna döyüş meydanında uduzsa, Polşa Rusiya ilə münaqişəyə girməli olacaq. O qeyd edib ki, Ukrayna böhranı Qərb dəyərləri uğrunda mübarizəni ehtiva edir, bu səbəbdən də onları müdafiə etmək lazımdır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm