Region
İraq Türkiyəyə neft ixracını dayandırdı

İraq Türkiyəyə qarşı uzun müddətdir davam edən neft arbitrajında qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. İraq Neft Nazirliyinin rəsmiləri bildiriblər ki, Beynəlxalq Arbitraj Məhkəməsinin yekun qərarı cümə axşamı günü İraqa rəsmi olaraq bildirilib və qərar İraqın xeyrinədir.
Rəsmilər iddia edib ki, şənbə günü KRH (Kürdüstan Regional Hökuməti) və Kərkük yataqlarından Türkiyəyə gündəlik 450 min barel xam neft ixracının dayandırılıb. Eyni zamanda bildirilib ki, Ankara İraqın arbitraj qərarına hörmət edəcəyini açıqlayıb.
Rəsmilərin sözlərinə görə, Neft Nazirliyinin nümayəndə heyəti arbitraj qərarına uyğun olaraq Şimali İraqda xam neftin ixracının yeni mexanizm üzərində razılaşma əldə etmək üçün tezliklə Türkiyəyə gedəcək.
2014-cü ildən bəri davam edən məhkəmə prosesində İraq Türkiyənin KRH-nin "boru kəməri ilə Ceyhan limanına neft ixracına" icazə verərək, ortaq razılaşmanı pozduğunu iddia edib. Bağdad administrasiyası KRH-nin neft ixracını qeyri-qanuni hesab edir.
Aytən Məftun

-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər
-
İdman14:08
Cazibədar voleybolçunun çörəyi idmandan yox, modellikdən çıxır - FOTOLAR
-
Magazin113:51
Leyla Quliyeva: "Ayağıpalçıqlı, amma xoşbəxt ola bilir insan" - Foto
-
Ekologiya13:09
Mayın sonuncu gününün hava proqnozu açıqlandı