ABŞ Rusiya ilə müharibənin qaynar mərhələsindədir - Lavrov
Bizi izləyin

Region

ABŞ Rusiya ilə müharibənin qaynar mərhələsindədir - Lavrov

"Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir".

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına verdiyi şərhdə bildirib.

Onun sözlərinə görə, buna səbəb Vaşinqtonun Kiyevi silahla təmin etməsidir.

"ABŞ administrasiyası hər dəfə Ukraynaya getdikcə daha çox uzaqmənzilli, ölümcül sistemlər tədarük etməklə hədələyir”,- Lavrov deyib.

Eyni zamanda, onun fikrincə, Moskva ilə Vaşinqton arasında münasibətlər qorunmalıdır.

“Mən hesab edirəm ki, münasibətlər qorunmalıdır, heç olmasa, ümidimizi itirmirik ki, dialoq bərpa olunacaq”, - o bildirib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm