PKK-dan Kılıçdaroğluna dəstək: Ərdoğanı devirmək üçün birləşdilər
Bizi izləyin

Region

PKK-dan Kılıçdaroğluna dəstək: Ərdoğanı devirmək üçün birləşdilər

PKK terror təşkilatı Ərdoğanı devirmək məqsədilə “altılı masa”nın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğluna dəstək verdiklərini açıqlayıb.

Publika.az
xəbər verir ki, PKK liderlərindən olan Duran Kalkan AKP və MHP ittifaqının devrilməsinin onlar üçün vacib olduğunu deyib.

“Hər gün bizi vururlar, hamımızı öldürəcəklər. PKK idarəçiliyini (liderlərini) məhv etmək üçün səfərbər olublar. Öldürəcəklərini deyirlər və öldürürlər. Hər gün onlarla itkimiz olur. PKK-dan müxalifətə dəstək verildiyini deyirlər. Bəli, biz PKK olaraq dəstəkləyirik. AKP-MHP "faşizm rejimi"ni (?) devirəcəyik. Bu seçki çox önəmlidir”, - terrorçu bildirib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı olan HDP ilə gizli ittifaq qurub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm