Region
Türkiyənin ilk milli “Altay” tankları silahlı qüvvələrə təhvil verildi - FOTO
İlk milli "Altay" tankları sınaq üçün Türkiyə silahlı qüvvələrinə təhvil verilib.
Publika.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində məlumat verib.
“Biz qəhrəman ordumuza Türkiyənin müasir əsas döyüş tankına çevriləcək yeni nəsil “Altay” tankını təhvil veririk”, - deyə Türkiyə Prezidenti deyib.
Döyüş maşını 1919-1923-cü illərdə Türkiyənin İstiqlal savaşında vuruşmuş general Fəxrəddin Altayın xatirəsinə “Altay” adlandırılıb. Tank, demək olar ki, tamamilə Türkiyə müdafiə müəssisələri tərəfindən dizayn edilib. Cənubi Koreyanın “Hyundai” şirkətindən ölkəyə verilən lisenziyalar əsasında 120 mm-lik top da daxil olmaqla ayrı-ayrı silah elementlərinin istehsalına qərar verilib.
Altmış beş tonluq tank raket sistemləri və yeni nəsil zirehlərə qarşı toxunulmaz edən aktiv müdafiə sistemi ilə təchiz edilib. Tank atəşinə nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçirilir.
-
Magazin104:44Dua Lipa balkonda dərin dekolteli mini libasda poza verdi - FOTO
-
İKT03:43"Google" daha güclü neyron şəbəkəsini TƏQDİM ETDİ
-
Magazin102:42Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi - VİDEO
-
Avropa02:12Şahzadə Londonda "sevgi dərsi" keçdi - FOTO
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək

































