14 mayda Türkiyədə hücuma keçəcəklər - Xaos planı başlayır / VİDEO
Bizi izləyin

Region

14 mayda Türkiyədə hücuma keçəcəklər - Xaos planı başlayır / VİDEO

10:05

PKK Türkiyədə 14 may seçkilərini hədəfə alan xaos planı hazırlayır.

Publika.az
xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

Qəzet qeyd edir ki, PKK Suriya və İraqda yeni qüvvələr formalaşdırır: “Müxalifətin ortağı kimi hərəkət edən terror təşkilatı Kamal Kılıçdaroğluna dəstək çağırışları edir. PKK terrorçuları Avropada səs verəcək Türkiyə vətəndaşlarına hücumlar edir. Seçkini “ölüm-qalım” məsələsi olaraq görən PKK xaos planları hazırlayır”.

Jandarma qüvvələrinin kəşfiyyat bölməsinin keçmiş rəhbəri Bülənt Orakoğlu bildirir ki, xaos planının arxasında xarici ölkələr dayanır.

“PKK-ya “Türkiyəni qarışdırın” təlimatı veriblər. Türkiyədə daxili müharibə yaratmaq istəyənlər PKK-dan istifadə edirlər. Terror təşkilatının bu qədər irəli getməsinin günahkarı da Kamal Kılıçdaroğludur, çünki onun xarici qüvvələr qarşısında HDP-yə verdiyi vədlər PKK-nın da önə çıxmasına şərait yaradır. Dövlət bütün bunları səbrlə izləyir və cavablarını verəcək”, - B.Orakoğlu deyib.

Onun sözlərinə görə, “muxtariyyət”, “HDP bələdiyyələrinin qaytarılması”, “PKK-ya uyğun olan konstitusiya” kimi məsələlərin yer aldığı plan qlobal oyunçular tərəfindən hazırlanıb və FETÖ də bu planın gizli tərəfdarlarındandır.

Yeni Yüz İl Universitetinin rektoru Yaşar Hacısalihoğlu hesab edir ki, bütün bu planlar 2010-cu ildə CHP-də rəhbərliyin dəyişməsindən sonra tətbiq edilməyə başlanıb.

“14 may seçkilərində planları ya baş tutacaq, ya da tamamilə iflas edəcək”, - o qeyd edir.

AKP-nin Avropa Təşkilatının rəhbəri Köksal Kuş PKK-nın Avropa ölkələrindəki Türkiyə vətəndaşlarına qarşı hücumlarının artdığını bildirib.

“Küçələrdə Öcalanın posterləri ilə gəzirlər. Seçki günündə təxribatlar törədəcəklər. Məqsədləri Avropada yaşayan Türkiyə vətəndaşlarıın “Cumhur İttifaqı”na səs verilməsinin qarşısını almaqdır”, - K.Kuş bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm