Region
İranda daşqınlar nəticəsində azı dörd nəfər öldü

İranın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində daşqınlar nəticəsində azı 4 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə bazar günü yerli xilasetmə xidmətlərinə istinadən məlumat yayılıb.
Məlumata görə, daha bir neçə nəfər itkin düşüb, onların dəqiq sayı açıqlanmır. Dörd fəlakət qurbanından ikisi şəxsi avtomobillərin içərisində qalıb.
Ümumilikdə, əyalətdə güclü yağışlara səbəb olan selin altında ən azı doqquz avtomobil qalıb.
Daşqın Şimali Xorasanda ən azı 15 yaşayış məntəqəsinin sakinlərinə ziyan vurub, elektrik enerjisi və qaz təchizatı kəsilib. Ən azı 400 mal-qara tələf olub.
Hərbçilər daşqınlardan zərər çəkmiş rayonlara göndərilib. Onlar təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaqlar.

-
Nida Xəbər 21:22
Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı
-
Nida Xəbər 21:16
“Yandex.Maps” Xankəndinin əsas küçəsini “Azərbaycan prospekti” kimi təqdim etdi
-
Nida Xəbər 20:54
Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov
-
Nida Xəbər 20:07
Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
-
Magazin119:50
Natiq Əliyevin nəvəsi: "Sizdən xahiş edirəm ki..." - VİDEO
-
Nida Xəbər 19:38
Nazir Səttarovaya yüksək vəzifə verdi
-
MDB19:08
Məşhur jurnalist: Qarabağın 30 ildən sonra öz vətəninə qovuşması...
-
Nida Xəbər 18:30
Xankəndidəki ilk erməni sakinə tibbi xidmət göstərildi - VİDEO