Region
Türkiyə parlamenti yeni sədr seçəcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçiləcək.
Publika.az xəbər verir ki, parlamentin Baş Assambleyası bu məqsədlə yerli vaxtla saat 14:00-da toplanacaq.
Gizli səsvermə baş tutacaq.
İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. İlk iki turda 400 səs toplanmazsa, səsvermənin üçüncü turu keçiriləcək. Bu turda parlamentin sədri seçilmək üçün 301 səs kifayət edəcək. Seçki dördüncü tura keçərsə, ən çox səs toplayan namizəd sədr seçiləcək.
Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası bu posta Numan Kurtulmuşun, Cümhuriyyət Xalq Partiyası Tekin Bingölün, İyi Partiya isə Cihan Paçacının namizədliyini irəli sürüb.

-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO