Kim Çen Indən açıq dəstək: Rus xalqı qələbəni qeyd edəcək
Bizi izləyin

Region

Kim Çen Indən açıq dəstək: Rus xalqı qələbəni qeyd edəcək

“Koreya Xalq Demokratik Respublikası imperialistlərə qarşı öz suverenliyini və gələcəyini müdafiə edən Rusiya xalqına tam dəstəyini və həmrəyliyini bildirir. Həmçinin onlara firavanlıq və qələbə arzulayır".

Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya lideri Prezident Vladimir Putinə Rusiya Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyib.

“Yoldaş Kim Çen In vurğulayıb ki, bu gün ölkənin suverenliyinə, təhlükəsizliyinə və dinc həyatına xələl gətirməyə çalışan düşmən qüvvələrin artan təhlükə və çağırışlarına qarşı Rusiya xalqının mübarizəsi yeni kritik mərhələyə qədəm qoyur. Ədalət həmişə qalib gələcək və rus xalqı qələbə tarixini qeyd etməyə davam edəcək”, - Koreya Mərkəzi Xəbər Agentliyinin açıqlamasında bildirilir.

O, həmçinin qeyd edib ki, KXDR və Rusiya xalqları arasında dostluq hər iki ölkə üçün “dəyərli strateji aktivə” çevrilib. KXDR liderinin sözlərinə görə, o, Pxenyanla Moskva arasında qonşuluq münasibətlərini və strateji əməkdaşlığı daha da gücləndirməyə hazırdır.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm