Region
İran rejimi Azərbaycan vətəndaşını həbsdən AZAD ETDİ - VİDEO
Uzun müddətdir qondarma ittihamlarla İranda həbsdə saxlanan Azərbaycan vətəndaşı Validə Yusifova axır ki, iyulun 27-də azad edilib. İki ildən artıq günahsız yerə Tehrandakı qorxunc “Evin” zindanında saxlanan və heç bir dəlil-sübut olmadan ağır ittihamlarla mühakimə olunan Validə Yusofova İran İslam İnqilabının Keşikçiləri Korpusuna, yəni Sepaha bağlı “Təsnim” informasiya agentliyinin yazdığına görə, guya “humanist prinsiplər əsasında və İranın şimal qonşusu ilə münasibətlərdə xoş niyyətinin əlaməti olaraq” Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.
Publika.az xəbər verir ki, Validə Yusifovanın İranda həbs edilməsi faktı yalnız son dövrdə – ötən ayın əvvəllərindən etibarən mediada işıqlandırılmağa başlayıb və geniş ictimaiyyətə məlum olub.
İyunun 5-də İran rejiminə müxalif “Iran İnternational” televiziya kanalı özəl mənbələrinə istinadla Validə Yusifovanın “qeyri-müəyyən vəziyyəti” barədə məlumat yayıb. Məlumatda bildirilirdi ki, 31 yaşlı subay xanım olan Validə Yusifova 2021-ci ilin yanvarında İranın şimalında – Ərdəbil əyalətinin Dəşti-Muğan bölgəsində saxlanılıb və üç gündən sonra əvvəlcə Ərdəbilə, ordan da Təbrizə köçürülüb. Üç ay müddətində o, Təbrizdə təkadamlıq kamerada saxlanıb və sorğu-sual edilib.
Daha sonra onu Tehrana – “Evin” zindanının Sepahın Kəşfiyyat Təşkilatının ixtiyarında olan korpusuna köçürüblər. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində bədnam şöhrət qazanmış hakim Əbülqasım Salavati ona qarşı casusluq və narkotik maddə qaçaqmalçılığı ittihamı irəli sürüb. Məlumatda vurğulanan ən dəhşətli məqamlardan biri Validə Yusifovanı nəzarətdə saxlamaq və idarə edə bilmək üçün ona psixotrop preparatların verilməsi olub.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər