Pentaqon narahatdır: İran cəmi 2 həftəyə...
Bizi izləyin

Region

Pentaqon narahatdır: İran cəmi 2 həftəyə...

İran iki həftədən çox olmayan müddətdə nüvə silahı yaratmaq üçün kifayət qədər resursa sahibdir.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun hesabatında bildirilir. ABŞ hərbi departamentinin bildirdiyinə görə, Tehrandakı hakim rejim nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, onu əldə etmək üçün cəmi iki həftə vaxt lazım olacaq. Eyni zamanda Amerika tərəfi bəyan edib ki, hazırda İran nüvə silahı əldə etməklə məşğul deyil, baxmayaraq ki, bunun üçün bütün imkanları var.

ABŞ-da, həmçinin hesab edirlər ki, İran kimyəvi silaha nəzarətlə bağlı öhdəliklərinə əməl etmir, çünki hazırkı sazişdə nəzərdə tutulan kimyəvi silah istehsalına dair tam bəyannamə təqdim etməyib. Pentaqonda, ümumiyyətlə İranın sinir-iflic hücum silahı hazırlamaqla məşğul olmasından narahatdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm