Paşinyan ABŞ-da etiraf etdi: 44 günlük müharibədəki məğlubiyyət xeyrimizə oldu, ağıllandıq
Bizi izləyin

Region

Paşinyan ABŞ-da etiraf etdi: 44 günlük müharibədəki məğlubiyyət xeyrimizə oldu, ağıllandıq

“Tutduğumuz yola görə hazırda ideoloji transformasiya gedir. Bu ideologiya Ermənistana mövcud olmaq şansı verir”.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda erməni icması ilə görüşündə deyib.

O, 44 günlük müharibədəki məğlubiyyət haqda da danışıb.

"Deməliyəm ki, biz bütün bunlara 44 günlük müharibədə məğlubiyyət nəticəsində və həmin məğlubiyyətin dərin səbəblərini təhlil edib başa düşməklə gəlmişik. Bu müddət ərzində mənim sözlərim və açıqlamalarım məhz buna əsaslanıb. Mən bunu deyə bilərəm: məncə, o məğlubiyyəti keçməklə biz bu gün müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etmişik”, - Paşinyan bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm