Region
Fidanla Darçiaşvili görüşdü - Nələri müzakirə ediblər?
Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nazirlər regionda güclü və sabit inkişaf üçün sülhün bərqərar olmasının vacibliyini bir daha vurğuladılar. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu vurğulanıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Türkiyədə keçirilən görüşdə tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialını müzakirə ediblər. Bu kontekstdə Bakı-Tbilisi-Qars avtomobil yolunun, eləcə də “Orta Dəhliz”in reallaşdırılmasının vacibliyi qeyd edilib.
Nazirlər Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün bu ilin martında baş tutacağını qeyd ediblər.
Tural
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı