Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
Bizi izləyin

Region

Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO

Vürzburqdan olan alman tədqiqatçılar Ermənistanda skafandrları və kosmik robotları sınaqdan keçirirlər.

Publika.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Ermənistanın topoqrafiyası, alman tədqiqatçılarının fikrincə, ən çox Marsın topoqrafiyasına bənzəyir, buna görə də alimlər orada gələcək kosmik missiyalar üçün robotları sınaqdan keçirmək qərarına gəliblər.

Vürzburqdan olan tədqiqat qrupu aprelin əvvəlinə qədər Azərbaycan və Türkiyə sərhədindəki Armaş kəndində qalacaq. Burada regionun 3D xəritəsini yaratmalı olan iki xüsusi robotun sınaqları həyata keçiriləcək. Bundan əlavə, alman tədqiqatçıları Marsda hava şəraiti üçün nəzərdə tutulmuş (mənfi 133 dərəcədən + 27 dərəcəyə qədər) yeni skafandr növlərini sınaqdan keçirirlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm