Terrorçulardan 2-si bu şəhərin mərkəzində qalıblar, sonra...
Bizi izləyin

Region

Terrorçulardan 2-si bu şəhərin mərkəzində qalıblar, sonra...

"Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən iki nəfər Türkiyəyə səfərləri zamanı İstanbulun mərkəzi bölgələrindəki otellərdə yaşayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Yetkinreport" portalı yazır.

Nəşr vurğulayıb ki, söhbət Fatih və ya Şişli kimi prestijli sahələrdən gedir.

İş üzrə təqsirləndirilən şəxslərdən biri Fəridun Şəmsiddin fevralın 20-də Türkiyəyə gəlib və bir həftədən artıq müddətdə ölkəni tərk edib.

İkinci şübhəli Raçabalizoda Saidakrami Murodali yanvarın 5-dən həmin oteldə yaşayırmış. O, fevralın 21-də otaqdan çıxıb, martın 2-də Şəmsiddinlə birlikdə Moskvaya uçub.

Xatırladaq ki, martın 22-də “Picnic” qrupunun konsertinin başlanmasını gözləyən insanların olduğu binaya 4 nəfər kamuflyajlı, pulemyotlarla basqın edib. Onlar hamıya atəş açmağa başlayıb: uşaqlar, böyüklər, əlillər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm