Avetisyanın evində axtarış aparıldı: Qarabağda hərbi cinayətlər törədib - VİDEO
Bizi izləyin

Region

Avetisyanın evində axtarış aparıldı: Qarabağda hərbi cinayətlər törədib - VİDEO

Ermənistanda polkovnik Volodya Avetisyanın evində axtarış aparılıb.

Publika.az xəbər verir ki, bu barədə Avetisyan “Facebook”da canlı yayımda bildirib. O deyib ki, silah və sursat aşkar etmək üçün səhər tezdən onun evində axtarış aparılıb.

“Heç nə tapmadılar, telefonları götürdülər, kompüteri, dronları, kameraları müsadirə etdilər, onları da apardılar, təbii ki, qaytaracaqlarına söz verdilər”, - polkovnik bildirib.

O, Paşinyana müraciət etmək istədiyini bildirib. “Mən həbsdə olanda Paşinyan Milli Məclisin deputatı kimi yanıma gəldi, sonra Milli Məclisdə çıxış edərək dedi ki, Serj və Ohanyan Volodya Avetisyanı təqib edir. Mən birbaşa deyirəm ki, indi Paşinyan türkə, azərbaycanlıya bir qarış torpağı da verməmək, öz vətənlərini qorumaq istəyən bütün vətənpərvərləri təqib edir”, - Avetisyan bildirib.

Qeyd edək ki, Avetisyan Qarabağda hərbi cinayətlər törədib.

O, Ermənistanın "Leonid Azqaldyan adına könüllü dəstəsi"nə rəhbərlik edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm