Region
Sabiq deputatın milyonlarla vəsaiti müsadirə edildi
Rusiyada məhkəmə icraçısı eks-deputat Vadim Belousov və Çelyabinsk vilayətinin keçmiş qubernatoru Mixail Yureviçin qohumlarının hesablarından və aktivlərindən 100 trilyon rubl müsadirə edib. Müsadirə Rusiya Baş Prokurorluğunun dövlət maraqları naminə “Makfa” və ona bağlı şirkətlərin əmlakının geri alınması ilə bağlı iddiasına əsasən aparılıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məhkəmə icraçısının müvəqqəti tədbirlər haqqında qərarına istinadən yazıb.
Sənəddən məlum olur ki, Belousovun kürəkəni Maksim Çiqintsevin “Tsifra Bank”da açılmış altı rubl, avro və dollar hesablarında olan aktivlərinə həbs qoyulub. “Borclunun vəsaitlərinin üzərinə həbs qoyulmasının ümumi məbləği 100 trilyon rubl təşkil edir”, - məhkəmə qərarında deyilir.
Bundan əlavə, “Birinci Çörək Zavodu”, “Makfa”, “Smak”, “Yeni Beşillik” daxil olmaqla bir sıra şirkətlərin 100%-nə, Yureviçin qohumuna və Belousovun kürəkəninə məxsus “Çelyabinskoblqaz” səhmlərinə həbs qoyulub.
Agentlik qeyd edir ki, iş üzrə aparıcı vəkil, Yureviç və Belousovun maraqlarını təmsil edən İqor Trunov qətnamənin həqiqiliyini təsdiqləyib. Eyni zamanda, o, aktivlərin məbləğinin hesablanmasına şübhə ilə yanaşır.
Martın 29-da Çelyabinsk Mərkəzi Rayon Məhkəməsi Baş Prokurorluğun Rusiyanın ən iri makaron istehsalçısı olan “Makfa”ya qarşı iddiası üzrə müvəqqəti tədbirlər görüb. İddia bir gün əvvəl verilib. Baş Prokurorluq biznesin korrupsiya mənşəli olması səbəbindən “Makfa”nın və bir sıra tabe şirkətlərin səhmlərinin dövlət gəlirinə çevrilməsini tələb edib. İş üzrə hazırlıq iclası aprelin 9-na təyin edilib.
Akqabay
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı