Region
Tbilisidə parlamentin binası önündə aksiya: polislə toqquşmalar başladı - YENİLƏNDİ

Tbilisidə parlament binası yaxınlığında etiraz edənlərlə polis arasında toqquşmalar başlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatına görə, indiyədək 4 nəfər saxlanılıb.
Qeyd edək ki, Tbilisidə keçirilən mitinq zamanı iştirakçılar parlament binasını mühasirəyə almağa çalışıblar.
***
Bu gün paytaxt Tbilisidə izdihamlı aksiya keçirilib.
Publika.az xəbər verir ki, Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“Xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz ediblər .
Parlamentin qarşısındakı mərkəzi Ş.Rustaveli prospekti tam bağlanıb.
Aksiyanın təşkilatçılarının sözlərinə görə, etirazın məqsədi ölkənin azadlığını və Avropa gələcəyini qorumaqdır.
Qeyd edilib ki, bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə, eləcə də söz və mətbuat azadlığına mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.
Aksiya səbəbi ilə parlamentin binasının ətrafına çoxlu sayda polis cəlb edilib.

-
Hadisə10:24
"Naftalan" istirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırıldı - RƏSMİ
-
Nida Xəbər 10:12
Şuşada Qlobal Media Forumunun ikinci günü başladı
-
Səhiyyə09:24
Pişikləri öpmək seksual aqressiyanı artırır - ARAŞDIRMA
-
Magazin207:47
Çağatayın yeni tərzi gündəm oldu - FOTO
-
Ekologiya07:17
Bu gün yağış yağacaq, şimşək çaxacaq
-
Rəsmi xronika07:00
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
İdman06:46
Modriç “Real”dan ayrılan Vaskesə görün nə yazdı
-
Magazin106:16
"Bəsdirin, özünüzə korluq verməyin" - FOTO