Gürcüstan Prezidenti aksiyaçılara dəstək verdi
Bizi izləyin

Region

Gürcüstan Prezidenti aksiyaçılara dəstək verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə etiraz edən Tbilisi sakinlərini dəstəkləyib.

Publika.az xəbər verir ki, o, bu barədə özünün "X"dəki hesabında yazıb.

“Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı kütləvi dinc nümayişi baş tutdu. Su şırnaqları və qaz tapançaları olan xüsusi təyinatlılar Avropanın gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər aparılır. Gürcüstan sovetləşmə ilə heç cür barışmayacaq”, - Prezident qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm