Putin Türkiyəyə nə vaxt gedir? - Ərdoğandan AÇIQLAMA
Bizi izləyin

Region

Putin Türkiyəyə nə vaxt gedir? - Ərdoğandan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankaraya səfəri ilə bağlı razılığa gəldiyini təsdiqləyib, lakin belə bir səfərin tarixi hələ razılaşdırılmayıb.

Publika.az NTV telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə lideri kabinetin iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

"Cənab Putinlə tez-tez telefonla danışırdıq. Onun Türkiyəyə səfərinə gəlincə, tarix hələ razılaşdırılmayıb. Ümid edirəm ki, bu məsələ ilə bağlı daha konkret məlumat tezliklə ortaya çıxacaq", - telekanal onun sözlərindən sitat gətirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl Putinin Türkiyəyə səfərinin tarixinin diplomatik kanallarla razılaşdırılacağını bildirib. Türkiyə paytaxtındakı diplomatik mənbə TASS-a bildirib ki, səfərin tarixi tərəflər arasında razılaşdırılan kimi elan ediləcək.

Türkiyə KİV-i fevralın əvvəlində səfərin fevralın 12-nə planlaşdırıldığını bildirsə də, Rusiya tərəfi bu tarixi təsdiqləməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm