Kobaxidze prezidenti xarici agent adlandırdı
Bizi izləyin

Region

Kobaxidze prezidenti xarici agent adlandırdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilini müvafiq qanun layihəsini tənqid etdiyinə görə xarici agent adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Salome Zurabişvilinin özü də xarici agentdir, buna görə də onun ala biləcəyi yeganə səs xarici qüvvədir, bu barədə dəfələrlə danışmışıq”, - Kobaxidze brifinqdə deyib.

Çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının əleyhinə çıxış etdiyi xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib.

Prezident bildirib ki, xarici agentlər haqqında qanun üç oxunuşda qəbul olunarsa, ona veto qoymağı planlaşdırır.

Qeyd edək ki, bəhs edilən qanun layihəsinə görə Gürcüstanda etiraz aksiyaları keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm