Ruslar Türkiyədə mənzil alıcıları arasında lider oldu
Bizi izləyin

Region

Ruslar Türkiyədə mənzil alıcıları arasında lider oldu

Türkiyədə ən aktiv daşınmaz əmlak alıcıları siyahısında birinci yeri Rusiya vətəndaşları tutub. Ötən ay ruslar 400-dən çox yaşayış obyekti alıblar.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Statistika İnstitutu yayıb.

İran vətəndaşları alınan mənzillərin sayına görə ikinci yerdədir. Onlar 189 yaşayış obyekti alıblar. Üçüncü yerdə Ukrayna vətəndaşlarıdır - 129 mənzil, İraq 82 mənzillə dördüncü yerdədir.

Həmçinin İsrail, Misir, Əlcəzair, İordaniya, Niderland və Livan vətəndaşları Türkiyədə daşınmaz əmlak alırlar.

Qeyd olunur ki, eyni zamanda, digər ölkə vətəndaşlarının Türkiyədə mənzil almağa meyli azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə tələb təxminən 50% azalıb. Əcnəbilər tərəfindən aparılan əməliyyatların sayı ümumi həcmin 1,7%-ni keçmir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm