Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
Bizi izləyin

Region

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Xəbər verdiyimiz kimi Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda rixter cədvəli üzrə 5,6 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, "CNN Türk" zəlzələnin fəsadlarına dair görüntüləri yayımlayıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. ki, Tokatda bir ev və iki məscidin minarələri dağıdılıb. Bundan başqa, zəlzələnin təsiri ilə Yozgat şəhərində 3 ev ciddi zərər çəkib.

"Tokatda təbii fəlakət zamanı bir nəfər xəsarət alıb. Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir", - nazir qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm