Ankara Qarabağla bağlı həmin xəbəri TƏSDİQLƏDİ - FOTO
Bizi izləyin

Region

Ankara Qarabağla bağlı həmin xəbəri TƏSDİQLƏDİ - FOTO

"Qarabağ münaqişəsi zonasında Rusiya-Türkiyə atəşkəs monitorinqi mərkəzi fəaliyyətini dayandırır".

Publika.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk deyib.

"Dağlıq Qarabağda atəşkəsin təmin edilməsi və pozuntuların qarşısının alınması məqsədilə Türkiyə və Rusiyanın imzaladığı memorandum əsasında 2021-ci il yanvarın 30-da Ağdamda yaradılmış Türkiyə-Rusiya müştərək mərkəzinin missiyasını başa çatdırmaq üçün Rusiya və Azərbaycanla əməkdaşlıq çərçivəsində səylər davam etdirilir", - deyə nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda tam atəşkəs haqqında birgə bəyanat imzalayıblar. Rusiya lideri Azərbaycan və Ermənistan tərəflərinin tutduqları mövqeləri qoruyub saxlayacağını və Rusiya sülhməramlılarının bölgəyə yerləşdiriləcəyini bildirib.

Noyabrın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında keçirilən videokonfrans vasitəsilə atəşkəs rejiminə nəzarət üzrə birgə mərkəzin yaradılmasına dair memorandum imzalanıb.

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev çərşənbə günü bildirib ki, iki ölkənin ali rəhbərliyinin birgə qəbul etdiyi qərar əsasında Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılmasına başlanılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov geri çəkilmə prosesinin başladığını təsdiqləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm