İsrail İranın obyektini RAKETLƏ VURDU - VİDEO
Bizi izləyin

Region

İsrail İranın obyektini RAKETLƏ VURDU - VİDEO

İsrail İranda bir obyektə raket zərbəsi endirib.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" amerikalı məmura istinadla məlumat yayıb.

"Reuters"in məlumatına görə, İranlı jurnalistlər də İsfahan hava limanı yaxınlığında partlayışlar barədə məlumat veriblər.

Xatırladaq ki, aaprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bu hərəkətləri diplomatik missiyasına vurulan zərbəyə cavab adlandırıb.

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya hücum edib. Daha sonra Suriya Müdafiə Nazirliyi hücum nəticəsində İran konsulluğunun dağıdıldığını açıqlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm