Region
Tonoyan Paşinyana çağırış etdi: O raketlərin keyfiyyətini özün yoxla

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan baş nazir Nikol Paşinyanı ona qarşı irəli sürülən ittihamların əsasını təşkil edən raketlərin keyfiyyətini şəxsən yoxlamağa dəvət edib.
Publika.az xəbər verir ki, Tonoyanın bəyanatını Ermənistan mətbuatı yayıb.
Bəyanatda deyilir ki, onun “yararsız” elan edilmiş raket partiyasının tam öyrənilməsi və Ermənistan ordusunda xidmətdə olan digər raketlərlə müqayisəsi ilə bağlı müraciətləri məhkəmə tərəfindən rədd edilib. Məhkəmə həmçinin mərmilərin keyfiyyəti ilə bağlı ekspert rəyi almaq imkanı da verməyib. Onun sözlərinə görə, yoxlamanın özündə əvvəllər rəsmilərin raketlərə qarşı səsləndirdiyi “keyfiyyətsiz”, “istifadəyə yararsız” və “vaxt keçib” kimi bütün ittihamlar aradan qalxıb.
“Baş nazirin mənim sözlərimə şübhə edə biləcəyini və mütəxəssislərə etimadsızlığını bildiyini nəzərə alaraq, mən onu şəxsən mənimlə birgə raket sınaqlarında iştirak etməyə dəvət edirəm ki, Paşinyan mənə silah kimi və digər mühüm mövzularda istənilən sualı verə bilsin”, - Tonoyan bildirib.
“Əgər ciddi problemlərlə üzləşən dövlət başçısı məktəblərdə asılqanları yoxlamağa vaxt tapırsa, o zaman Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini saxlamaq üçün zəruri olan raketlərin yoxlanılmasına da diqqət yetirməlidir”, - Tonoyan bildirib.
Aprelin 18-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı ərizəsini rədd edib.
Xatırladaq ki, sabiq müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir.
Tural

-
Dünya15:18
Makron Rusiyada təşviş yaratdı: Fransa 100 il əvvəlki ssenarini təkrarlayır?
-
Sosial15:12
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Sosial13:43
Bayram namazının qılınacağı tarix açıqlandı
-
Rəsmi xronika12:48
Xanlar Vəliyev təltif edildi
-
Sosial12:20
Aşağı Güzdək qəsəbəsinin “marşrut işgəncəsi”: Sakinlər hər gün pik saatlarda... - VİDEO
-
Rəsmi xronika11:26
Əli Əsədov yeni qərar imzaladı
-
Sosial10:30
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb? - Səbəbi açıqlandı
-
MDB10:12
Simonyan onları hədələdi: Sizin üçün Rusiya çöllərində tabut yeri var