Region
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
Ermənistanın Tavuş vilayətinin bir neçə sərhəd kəndinin sakinləri İrəvan-Tbilisi magistral yolunu (İcevan və Noyemberyan arasındakı hissədə) bağlayıblar.
Publika.az xəbər verir ki, ermənilər sərhədin delimitasiyası ilə bağlı əldə edilmiş razılığa etiraz edirlər.
Etirazçılar vilayətin qubernatoru Hayk Qalumyanla görüş tələb edirlər.
Bu barədə “Sputnik Ermənistan”a aksiya iştirakçılarından biri məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə rayon polis idarəsinin nümayəndələri gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da yolda sıxlığın qarşısını almaq üçün izdihamdan bir neçə kilometr aralıda magistral yolu bağlayıblar.
Toplananların məlumatına görə, tezliklə onların yanına həm qubernator, həm də Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan gəlməlidir.
Görünür, ermənilərin başına “dəmir yumruq” dəyməsə, işğalçılıq niyyətlərindən əl çəkməyəcəklər.
-
Qoroskop01:40Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü
-
İKT17 Noyabr 20:50Azərbaycanda "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ
-
MDB17 Noyabr 20:20"Qiyamət radiosu"ndan NATO ölkəsi barədə sirli mesaj












.jpg)






















