Bir çox ölkənin imtina etdiyi Rusiyanın "Mir" kartları İranda işləyəcək
Bizi izləyin

Region

Bir çox ölkənin imtina etdiyi Rusiyanın "Mir" kartları İranda işləyəcək

İranda Rusiyanın “Mir” kartının qəbulu üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq gedir.

Publika.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfirliyinin ticarət attaşesi Möhsün Rəhimi bildirib.

“Azad İran” “Telegram” kanalının yaydığı məlumata görə, daha əvvəl İranın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri də məsələ ilə bağlı danışıb.

“Rusiyanın “Mir” kredit kartının İranda istifadəsinə qərar verilib və məncə, tezliklə aktivləşdiriləcək”, - deyə o bildirib.

Qeyd olunub ki, layihənin yayın sonu, payızın əvvəlində başlaması gözlənilir.

Xatırladaq ki, Türkiyə, Ermənistan və Qırğızıstan bankları Rusiyanın “Mir” ödəniş kartları ilə bütün əməliyyatları dayandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm