Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
Bizi izləyin

Region

Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA

İran prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopteri heç bir fövqəladə vəziyyət siqnalı verməyib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

Onun sözlərinə görə, helikopterin qəza siqnalının ötürülməsi sistemi ya sıradan çıxıb, ya da ümumiyyətlə olmayıb.

"Helikopterin qəzaya uğradığı ərazi dənizdə və havada axtarış və xilasetmə üçün məsuliyyət daşıdığımız ərazi olduğundan, biz bütün təyyarə və gəmilərin siqnallarına da nəzarət edirik. İlk öncə helikopterin siqnal verib-vermədiyinə baxdıq. Dərhal İran tərəfi ilə əlaqə saxladıq, lakin təəssüf ki, siqnalizasiya sisteminin sıradan çıxdığını və ya olmadığını müəyyən etdik", - o deyib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisini, xarici işlər naziri Hüseyn Əmir Abdullahianı, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimini, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm