Tehran Rəisinin siyasi kursunu davam etdirəcəyinə SÖZ VERDİ
Bizi izləyin

Region

Tehran Rəisinin siyasi kursunu davam etdirəcəyinə SÖZ VERDİ

İran rəhbərliyi ölkə prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın seçdiyi siyasi xəttə sadiq qalmaq niyyətindədir.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Əli Baqiri Kani bildirib.

“Onların (Raisi və Abdullahiyan) xətti davam etdiriləcək”, - Kani deyib.

O, Tehranın ölkəni beynəlxalq arenada tanıtmaq üçün planlarını həyata keçirməyə davam edəcəyini vurğulayıb. Bu məqsədlə İslam Respublikası Xarici İşlər Nazirliyinin sərəncamında olan bütün vəsait və resurslardan istifadə ediləcək.

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İran rəsmi şəxslərini daşıyan helikopter qəzaya uğrayıb. Karvan üç helikopterdən ibarət olub, onlardan ikisi insidentsiz olaraq təyinat yerinə çatıb.

Qəzaya uğrayan təyyarənin axtarışına İranın bütün təhlükəsizlik qüvvələrinin əməkdaşları göndərilib. Türkiyənin AKINCI PUA-sının köməyi ilə helikopterinq qalıqları tapılsa da, onun sərnişinlərindən heç biri sağ qalmayıb. Helikopterdə ümumilikdə səkkiz nəfər olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm