Ermənistan Sarkisyanın ABŞ-dakı evini müsadirə etmək istəyir
Bizi izləyin

Region

Ermənistan Sarkisyanın ABŞ-dakı evini müsadirə etmək istəyir

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarkisyanın İrəvan və ABŞ-dakı evlərinin müsadirə olunmasını tələb edir.

Publika.az xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Mayın 15-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.

Prokurorluq Sarkisyanın və onunla əlaqəli olan şəxsin (L.Q.) İrəvandakı daşınmaz əmlakını və ya onun bazar dəyərini (181 milyon dram), Amerikanın Massaçusets ştatında yaşayış sahəsini və ya alındığı məbləği (2,05 milyon dollar və ya 941 milyon dram) müsadirə olunmasını tələb edir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sarkisyana qarşı cinayət işi açıb. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm