Region
Azərbaycan 2 erməni hərbçinin qalıqlarını təhvil verdi
2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərdə aparılmış axtarış işlərinin nəticəsində Daşkəsən rayonu istiqamətində Buğdadağ yüksəkliyinin və Kəlbəcər rayonu istiqamətində Dəvə dağının yaxınlığında iki insana aid olduğu ehtimal edilən sümük qalıqları aşkarlanaq götürülüb. Qalıqların 2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüş əməliyyatı zamanı həlak olmuş iki Ermənistan hərbçisinə aid olması müəyyənləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
"Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin genetik araşdırmalar mərkəzində həyata keçirilmiş molekulyar-genetik ekspertiza ilə həmin meyit qalıqlarının itkin düşmüş iki Ermənistan hərbçisinə aid olması öz təsdiqi tapıb.
Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək 21 iyun 2024-cü il tarixində üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını Ermənistana təhvil verib", - məlumatda qeyd olunub.
-
Magazin109:40Telli Borçalı efirdə gərgin anlar yaşatdı: Əməkdaşları vurdu - VİDEO
-
Avropa09:33Rusiya bu şəhər üçün ölüm-dirim savaşına girir: Hətta dünya müharibəsinə də hazırdır
-
ABŞ08:10ABŞ şatdauna görə hava nəqliyyatını 10 faiz azaldacaq - Sabahdan etibarən...
-
Sağlamlıq05:15Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin! - Xəbərdarlıq
-
İdman02:07“Qarabağ”ın ÇL-dəki qazancı artdı - Məbləğ nə qədərdir?
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə sabitliyi üçün yeni planlar qurmalısız
-
İdman01:45Elvin “Qarabağ”dan gedir? - Menecerimlə danışmalıyam
-
İdman5 Noyabr 23:51“Qarabağ” - “Çelsi” matçının ən yaxşısı o oldu - FOTO













.webp)




.png)




















