Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
Bizi izləyin

Region

Rəisinin helikopterinin pilotları onlar olub - FOTO

19 mayda Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikopterin pilotları barədə məlumat yayılıb.

Publika.az xəbər verir ki, Hərbi Telegram kanalında verilən məlumata görə, qəzada dünyasını dəyişən Seyid Tahir Mustafavi türkmən, Möhsün Daryanuş qaşqay, Bəhruz Qədimi isə güney azərbaycanlıdır.

Türk pilotların hər üçü polkovnik rütbəsi daşıyıb və böyük təcrübəyə malik olub.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm