Məhkəmə Ermənistanda çevriliş etmək istəyən Qevondyanla bağlı qərar verdi
Bizi izləyin

Region

Məhkəmə Ermənistanda çevriliş etmək istəyən Qevondyanla bağlı qərar verdi

Müğənni Spitaktsi Haykonun oğlu Hraçya Qevondyanın həbsi ilə bağlı vəsatət rədd edilib.

Publika.az xəbər verir ki, bu barədə Qevondyanın vəkili sosial şəbəkələrdə məlumat yayıb.

Mayın 22-də Qevondyanın həbsi ilə bağlı vəsatət məhkəməyə verilib.

“Məhkəmə əsaslı şübhə olmadığı üçün müstəntiqin vəsatətini rədd edib, Hraçya Qevondyan məhkəmə zalında azadlığa buraxılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsi Hraçya Qevondyanı bir qrup şəxslə Ermənistanda hökumət, parlament və polis binalarını zorakılıqla ələ keçirməyi planlaşdırmaqda ittiham edib. Qevondyan telefon danışığının səs yazısı əsasında saxlanılmışdı.

Departament qeyd edib ki, Qevondyan “müxalifət parlament fraksiyasının nümayəndələrindən birinə yaxındır”. İstintaq Komitəsinin yaydığı bütün videokadrlarda Qevondyanın Ermənistan parlamentinin üzvü Levon Köçəryanın (ikinci eks-prezidentin oğlu) yanında dayandığı aydın görünür.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm