Rəisi dəfn edildi - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Region

Rəisi dəfn edildi - FOTO/YENİLƏNDİ

Mayın 19-da helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərindəki İmam Rza məqbərəsində dəfn edilib.

Publika.az xəbər verir ki, mərhum prezidentin dəfn mərasiminə üç milyona yaxın insan toplaşıb.

Xatırladaq ki, mayın 19-da İran prezidentini daşıyan helikopter qəzaya uğrayıb.

Fəlakətin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

Ölkədə növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib.

xxx

17:45

Helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, Cənubi Xorasan əyalətinin Bircənd şəhərində keçirilən vida mərasimindən sonra Rəisinin tabutu Məşhədə aparılıb.

İRNA agentliyinin Məşhəd merinə istinadla verdiyi məlumata görə, şəhərin küçələrinə 3 milyona yaxın adam toplaşıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm