İsanbulda GÜCLÜ PARTLAYIŞ: təhlükəsizlik tədbirləri gücləndirildi
Bizi izləyin

Region

İsanbulda GÜCLÜ PARTLAYIŞ: təhlükəsizlik tədbirləri gücləndirildi

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda naməlum şəxslər ofislərdən birinə partlayıcı atıblar və nəticədə partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə yerli “Milliyet” qəzeti məlumat yayıb.

İlkin məlumata görə, naməlum maskalı şəxslər motosikletlə hadisə yerinə gəlib, daha sonra ofisin ərazisinə bir neçə dəfə partlayıcı atıb və tələsik geri çəkiliblər. Partlayışdan sonra ofisdə yanğın başlayıb və binaya böyük ziyan dəyib.

"Hadisə yerində yanğınsöndürənlər, həkimlər və xilasedicilər işləyir", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, polis hücumu törədən şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlayıb. İndi oxşar hadisələrin təkrarlanmaması üçün bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm