Moskva açıqladı: Hər şey hazırdır, İranla bu müqavilə imzalanır
Bizi izləyin

Region

Moskva açıqladı: Hər şey hazırdır, İranla bu müqavilə imzalanır

Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko RİA Novosti agentliyinə müsahibəsində bildirib.

“Mətn üzərində iş artıq yekunlaşmaq üzrədir. Bütün lazımi ifadələr tapılıb”, - Rudenko bildirib. Onun sözlərinə görə, indi iki ölkənin əsas vəzifəsi bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır.

İyunun ortalarında bildirilmişdi ki, Rusiya və İran bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmini təxminən bir yarım dəfə (48 faiz) artırıblar. Rusiyadan İrana tədarük illik müqayisədə 77 faiz, əks istiqamətdə isə 13 faiz artıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm