Ermənistan-Gürcüstan avtomobil yolu bağlandı
Bizi izləyin

Region

Ermənistan-Gürcüstan avtomobil yolu bağlandı

Ermənistandan Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Avtomobil Yolları İdarəsi məlumat yayıb.

Məlumata görə, buna səbəb Ermənistanın Lori rayonunda Debed çayının məcrasından çıxmasıdır.

Sürücülərdən Gürcüstanla sərhədə getmək üçün başqa yollardan istifadə etmələri xahiş olunub.

Qeyd edək ki, eyni zamanda çayın sərhədə yaxın Alaverdi kəndində evlərin həyət və zirzəmisini basdığı barədə xəbərlər yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm