Kobaxidze Zurabişvilini vətənə xəyanətdə ittiham etdi
Bizi izləyin

Region

Kobaxidze Zurabişvilini vətənə xəyanətdə ittiham etdi

"Gürcüstan və onun müstəqilliyi hələ də ən çətin sınaqlarla üz-üzədir. Məhz xalqın və onun seçilmiş hakimiyyətinin birliyi və ağlabatan addımları bizə imkan verdi ki, son iki ildə ekzistensial təhlükələrə və çoxsaylı xəyanətlərə, o cümlədən Gürcüstan Prezidenti Salome Zurabişvilinin xəyanətinə baxmayaraq, ölkədə sülhü qoruyub saxlayaq”.

Publika.az xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkənin Müstəqillik Günü Münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

"Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”,- deyə Baş nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm