Gürcüstan NATO-nu saxtakarlıqda ittiham etdi
Bizi izləyin

Region

Gürcüstan NATO-nu saxtakarlıqda ittiham etdi

NATO Gürcüstanı hərbi-siyasi blokun razılaşmasının qeyri-dəqiq tərcüməsi ilə aldatdı.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu parlament çoxluğuna daxil olan Gürcüstanın “Xalqın Gücü” Partiyası bildirib.

“Əsl nizamnamədə hər bir ölkənin hərbi yardımdan istifadə edib-etməmək barədə qərar verməsi ilə bağlı əsas müddəa tərcümədə itib”, - siyasi assosiasiyanın bəyanatında deyilir.

Tərcümənin gürcü dilindəki variantında deyilir ki, NATO üzvü hücuma məruz qalacağı təqdirdə bütün dövlətlər hərbi qarşıdurmaya qoşulmağa və müttəfiqi təcavüzdən qorumağa borcludurlar. Partiya qarşıya belə bir sual qoyub ki, yalandan təbliğat aparmaq, Gürcüstan xalqını alyansa qoşulmaqla təhlükəsizliyin və əmin-amanlığın təmin edəcəyinə inandırmaq nəyə lazımdır?!

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Tbilisidəki səfirliyi "Xarici agentlər" haqqında qanunun Avropa İttifaqı və NATO-ya üzvlüyün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmadığını və Gürcüstanın Avro-Atlantik inteqrasiya yoluna xələl gətirdiyini qeyd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm