Ərdoğan: “Özbəkistanın dəstəyini unutmayacağıq”
Bizi izləyin

Region

Ərdoğan: “Özbəkistanın dəstəyini unutmayacağıq”

Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyasının birləşməsində mühüm rol oynayır. 2019-cu ildə Özbəkistanın TDT-yə daxil olması ilə türk dövlətləri ailəsi daha da möhkəmlənib.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 6-da Ankarada özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında deyib.

Türkiyə lideri vurğulayıb ki, Ankara Daşkəndi həm kədərli, həm də sevincli günündə dəstəkləməyə hazırdır. “2023-cü ilin fevral zəlzələlərindən sonrakı dövrdə Türkiyəyə göstərilən dəstəyi unutmayacağıq. Bu, fəlakət zonasına 700 tona qədər humanitar yardım göndərmiş özbək qardaşlarımıza da aiddir”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Özbəkistanın dəstəyi ilə Hatay əyalətində 306 yaşayış binasının tikintisi layihəsini də vurğulayıb. “Bu yaşayış massivi ölkələrimizin əbədi dostluğunun simvolu olacaq. Qardaş özbək xalqına minnətdaram”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.

Ərdoğan Özbəkistanı qlobal arenada əhəmiyyəti gündən-günə artan dövlət adlandırıb.

Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına və bu göstəricinin ildə 5 milyard dollara çatdırılmasına hazır olduqlarını qeyd ediblər.

Prezident Şavkat Mirziyoyev öz növbəsində Türkiyənin nüfuzuna diqqət çəkərək qeyd edib ki, bu gün Ankaranın rəyi ilə təkcə regionda və İslam dünyasında yox, bütün beynəlxalq aləmdə hesablaşırlar: “Özbəkistan qardaş Türkiyənin uğurlarına ürəkdən sevinir”, - deyə o əlavə edib.

Daha sonra bir sıra hökumətlərarası sazişlər imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm