Seysmoloqdan ŞOK XƏBƏRDARLIQ: KKTC-də 7 bal gücündə zəlzələ ola bilər
Bizi izləyin

Region

Seysmoloqdan ŞOK XƏBƏRDARLIQ: KKTC-də 7 bal gücündə zəlzələ ola bilər

Zəlzələ üzrə yapon mütəxəssis Yoşinori Morivaki Şimali Kipr Türk Respublikasının (KKTC) zəlzələlər baxımından riskli bir yer olduğuna diqqət çəkib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Siirtdə keçirilən zəlzələ simpoziumlarına qatılan Morivaki, Türkiyədəki fay xətləri ilə bağlı qiymətləndirmələr aparıb.

O deyib ki, Şərqi Anadolu Fay Xəttinin Elazığ, Kahramanmaraş və Hataydan Adanaya, oradan da KKTC-yə qədər uzanır.

"KKTC-də təxminən 7 maqnitudalı zəlzələ ola bilər. KKTC bu baxımdan təhlükəli bölgələrdən biridir. Deyə bilərəm ki, bu region birincidir", - seysmoloq deyib.

Morivaki qeyd edib ki, 6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş mərkəzli zəlzələlər zamanı böyük miqdarda yığılmış enerji boşalması baş verib. Bu səbəbdən bölgədə güclü zəlzələlər gözlənilmir.

"KKTC tərəfdə dənizdə zəlzələ baş verərsə, buradakı torpaq yenidən oyana bilər. Şərqi Anadolu Fay Xəttindən kənarda zəlzələ riski var, lakin buna vaxt vermək mümkün deyib", - Morivaki vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm