Tbilisi meri ABŞ sanksiyalarına belə cavab verdi: arzusunda deyiləm
Bizi izləyin

Region

Tbilisi meri ABŞ sanksiyalarına belə cavab verdi: arzusunda deyiləm

Mənim Amerika vizam yoxdur və ABŞ-a səfər etmək arzusunda da deyiləm.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Vaşinqtonun tətbiq etdiyi sanksiyalara cavab olaraq deyib.

“Mənim Amerika vizam yoxdur. Axırıncı dəfə "Milan" futbol komandasında oynadığım zaman orada olmuşam. Mən bundan narahat deyiləm, sanksiyalar üçün heç bir əsas yoxdur”, - mer bildirib.

Xatırladaq ki, iyunun 6-da ABŞ-ın onlarla Gürcüstan vətəndaşına qarşı viza sanksiyalarının tətbiqi barədə məlumat yayılıb. Məhdudiyyətlərə məruz qalanların siyahısına “Gürcü Arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sadə vətəndaşlar daxildir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm