Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar
Bizi izləyin

Region

Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki istefaya gedib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”si məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fahrettin Kocanın yerinə Kamal Memişoğlunu, Mehmet Özhasekinin yerinə isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumu təyin edib.

Qeyd edək ki, Özhaseki qərarını səhhətində yaranan problemlərlə əsaslandırıb, Kocanın istefa səbəbi isə açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm